1 günə 27 nəfər tutulub

1-gune-27-nefer-tutulub
Oxunma sayı: 659

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 77 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.