1 həftə əvvəl basqına gedən ferma sahibinin evindən silah-sursat tapıldı

1-hefte-evvel-basqina-geden-ferma-sahibinin-evinden-silah-sursat-tapildi
Oxunma sayı: 2397

Bir neçə gün əvvəl ailə üzvləri ilə birgə başqasının evinə silahlı basqın edən Mətləb Məmmədovun evindən silah sursat aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib. Oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Götürülən sübutlar ekspertizaya təqdim edilib, araşdırma aparılır.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü M.Məmmədov bir neçə gün öncə həyat yoldaşı və iki oğlu ilə birlikdə qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Elxan Zamanovun evinə gələrək atəş açmış, ailə üzvlərinə xəsarətlər yetirmişdi. Həmin faktla bağlı cinayət işi başlanmışdı.

Həmçinin oxuyun: Goranboyda iki ailə arasında dava