1 həftə sonra torpağa tapşırıldı...

1-hefte-sonra-torpaga-tapsirildi
Oxunma sayı: 3142

Məşhur amerikalı boksçu Məhəmməd Əli Luisvill şəhərində dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, onun tabutu doğma şəhərinin küçələrindən keçirilib. Dəfndə ABŞ-ın keçmiş prezidenti Bill Klinton və İordaniya kralı II Abdullah da iştirak edib.

Qeyd edək ki, onunla vida mərasimi dünəndən başlayaraq davam edirdi.

Xatırladaq ki, Məhəmməd Əli iyunun 3-də tənəffüs yollarında yaranan problemlə bağlı gətirildiyi Arizona ştatının Finiks şəhəri yaxınlığındakı xəstəxanaların birində 74 yaşında dünyasını dəyişib.