1 həftəyə 20 milyon baxış sayı topladı - Video

1-hefteye-20-milyon-baxis-sayi-topladi
Oxunma sayı: 2638

ABŞ-ın “Jonas Brothers” pop-rok qrupunun “What a man gotta do” mahnısına çəkdirdiyi klipi bir həftə ərzində Yutubda 20 milyon baxış sayı toplayıb.

“Qafqazinfo”nun məlumatına görə, ekran işi 70-80-ci illərin fimlərinin üslubunda çəkilib. Klipdə Conas qardaşları həyat yoldaşları ilə bərabər yer alıblar.

Belə ki, Nik Conas və Priyanka Çopra “Riskli biznes” (1983) komediyasından epizodu canlandırırlar. Co Conas və Sofi Törner “Briolin” (1978) müziklindəki məktəblilərin rəqsini təkar edirlər, Kevin və Dantel Conas isə “Nəsə de” (1989) dramındakı qəhrəmanları canladırırlar.

Bu, Conas qardaşlarının həyat yoldaşları ilə bərabər yer aldıqları ilk işləri deyil. 2019-cu ildə “Sucker” hitinə çəkilən klipdə də onlar ailəlikcə görüntülənmişdi. Bir ildən də az müddət ərzində video 245 milyon baxış sayı toplayıb.