Fevralın 18-də Fitoterapevtlər İctimai Birliyinin təşkilatçılığı ilə “Ulu Öndərin 100 illiyinə həsr olunmuş 100 ağac əkək” aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiyada Azərbaycan Tibb Universitetinin müəllimləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, Respublika Qadınlar Cəmiyyətinin sədri, Fitoterapevtlər İctimai Birliyinin və bələdiyyə nümayəndələri iştirak ediblər.
Təşkilatın sədri, “Nərgiz” klinikasının rəhbəri Məlahət Qəhrəmanova bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb. Ulu Öndərin ölkədə həyata keçirdiyi bu siyasət sayəsində Azərbaycanda yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb: “Heydər Əliyevin bu tövsiyəsinə əməl edən Azərbaycan xalqı dahi oğlunun doğum günlərində ənənəvi olaraq ağacəkmə iməcilikləri keçirir. Biz də bu tədbirə daha çox qayğı ilə yanaşırıq. Ağacların əkilməsi daha geniş vüsət almalıdır. Çünki Fitoterapevtlər İctimai Birliyinin əsas amalı təbiətimizi qorumaq, daha çox töhfələr verməkdir”.
Məlahət Qəhrəmanova onu da əlavə edib ki, ağacəkmə kampaniyalarını genişləndirməyə çalışırlar: “1 hektar ardıc ağacı bir şəhərin oksigenini təmin edir. Ağaclar nə qədər çox olsa insanların həm həyat tərzində, həm zehni düşüncəsində öz faydasını göstərər. Gələcəkdə Qarabağ ekologiyasını da nəzərə alaraq daha çox işlərə imza atmışıq”.
Qeyd edək ki, ötən ay Fitoterapevtlər İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağda ekoloji terrora son” adlı elmi-praktiki konfrans təşkil olunmuşdu.








Son xəbərlər
Son Xəbərlər