1 ildir evli olan cütlük də zəlzələdə öldü - Fotolar

1-ildir-evli-olan-cutluk-de-zelzelede-oldu
Oxunma sayı: 4567

Türkiyədə baş verən zəlzələ gənc ailələri də yarımçıq qoyub. Qaziantepin İslahiye rayonunda işləyən fizioterapevt Fatih Selçuk və müəllim həyat yoldaşı Fatma Səlçukun evləri dağıntılar altında qalıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, xilasedicilər cütlüyün meyitlərini tapıb.

Fatih Selçukun cənazəsi doğulduğu Konyada torpağa tapşırılıb. Həyat yoldaşının cənazəsi isə məmləkəti Kütahyaya göndərilib.

Cütlüyün 1 il əvvəl evləndiyi bildirilir.