1 ildir ki, həbsdən çıxıb - İki dəfə oğurluq etdi

1-ildir-ki-hebsden-cixib
Oxunma sayı: 1200

Tovuzda vətəndaşların evlərinə qənim kəsilən keçmiş məhbus saxlanılıb. Kəpəz TV (Region TV) xəbər verir ki, həmkəndlilərinə 5150 manat ziyan vuran şəxs əməlini etiraf edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, yaşadığı kəndi yağmalayan "qəhrəman" ələ keçib. Həbsdən çıxmasının 1 ili tamam olmamış Rasim Məmmədov köhnə peşəsini yenidən davam etdirib. O, ötən ilin avqustunda həmkəndlisi Əminə Hüseynovanın evindən 3 min manat oğurlayıb. 8 ay sonra günorta saatlarında qonşusu Anar Məmmədovun mənzilindən 2150 manat götürüb. Ancaq Tovuz polisi ona çox da uzağa getməyə imkan verməyib.

Saxlanılan Bozalqanlı kənd sakini əməlini etiraf edərək hər iki evdən cəmi 5150 manat nəğd pul oğurladığını təsdiqləyib.

Faktla bağlı artıq cinayət işi açılıb. Polis Anar Məmmədovun digər cinayət əməllərində iştirakını da istina etmir.