“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bunu Marqvelaşvili “Rustavi 2” teleşirkətinin efirində deyib.
Bununla belə, Gürcüstan prezidenti qeyd edib ki, siyasətçilər hansısa partiyanın üzvü olmadığını unudurlar: “Tez-tez siyasətçilərin bəyanatları həddi keçir və onlar mənim bəyanatlarıma çox qısqanclıqla münasibət bəsləyir, mən isə hamının prezidentiyəm, bir partiyanın yox”.
Son zamanlar Gürcüstan prezidenti ilə hökumətin münasibətləri gərginləşib. Bunun bariz nümunəsi martın 31-də hiss olunub. Dövlət başçısı parlamentdə çıxış edəndə zalda hökumətin heç bir nümayəndəsi olmayıb. Bundan əlavə, Marqvelaşvili dəfələrlə hakim “Gürcü arzusu” koalisiyasının yaradıcısı, gürcü millyarderi Bidzina İvanişvilinin tənqidinə tuş gəlib.
Son xəbərlər
Son Xəbərlər