Bakıda 1000 qram çəkiylə doğulan körpə sağlam şəkildə evinə yola salınıb.
“Qafqazinfo” xəbər verir ki, o, 28-ci həftəsində hamiləliyin məcburi dayandırılmasıyla vaxtından əvvəl dünyaya gəlib.
Ege Hospitalda 42 gün qalan körpə 1800 qr çəkiylə evə yazılıb.

Hospitalın doğum şöbəsinin müdiri, cərrah mama-ginekoloq Uzman Dr.İlhamə Eldarova hamiləliyi məcburi sonlandırmaya peeklampsiyanın səbəb olduğunu bildirib:
“Xalq arasında “hamiləlik zəhərlənməsi” olaraq adlandırılan preeklampsiya zamanı ananın bətnindəki körpə yad cisim hesab edilərək ona qarşı allergik reaksiya yaranır. Hamiləliyin 24-cü həftəsində preeklampsiya inkişaf etməyə başladı və yaxın təqiblə ancaq 28-ci həftəyə gətirə bildik və 28-ci həftədə ağır preeklampsiya səbəbilə ana həyatını qurtarmaq üçün hamiləliyi sonlandırmaq qərarı aldıq. Təbii ki, çox çətin bir qərar idi və çox şükür ki, bu gün o körpəmizi sağ-salamat evə yazırıq”.
Dünyanın bir çox yerində belə hamiləliklərin ananı xilas etmək üçün uşağı qurban verməklə nəticələndiyini qeyd edən İlhamə doktor Ege Hospital komandası olaraq həm ananı, həm körpəni xilas edə bildikləri üçün sevincli və qürurlu olduqlarını bildirib: “Mən bunun üçün Ege Hospital ailəsinə, xüsusilə "Yeni doğulanlar" komandasına çox təşəkkür edirəm”.

Ege Hospital pediatr-neonatoloqu Uzman Dr.Lalə Nəzərli vaxtdan əvvəl doğulmuş körpələrdə mümkün problemlərdən ən vaciblərinin ağciyər, bağırsaq və göz problemləri olduğunu qeyd edərək körpənin heç bir problemi olmadan, normal qidalanmaya başlayaraq sağlam bir şəkildə evə yazıldığını deyib:
“Bu da bizim Yenidoğulanların Reanimasiyası şöbəsinin körpəyə gözəl qulluğu ilə mümkün oldu. Bunun üçün burada olan bütün tibb işçilərinin, başda baş tibb bacımız olmaqla əllərinə sağlıq”.
Ege Hospital həkimləri onlara güvənərək hamiləliyi dərhal sonlandırmamaq, körpəni yaşatmaq qərarı alan ailəyə – körpənin atasına və anasına təşəkkür edərək onları təbrik etdilər.

Son xəbərlər
Son Xəbərlər