Yanvarın 17-də X.Ələkbərov küçəsində Bakı şəhər sakinləri Rəhman Süleymanov qısqanclıq zəminində arvadı Rəsmiyyə Talıbovanın döş qəfəsindən bıçaq xəsarəti yetirdiyi üçün Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Yanvarın 17-də Naxçıvan şəhər sakini Vüqar Həziyev Abşeron rayon sakini Yusif Bağırova məxsus D.Aslan küçəsində yerləşən kafesinə gəlib ona bıçaqla xəsarət yetirəcəyi ilə hədə-qorxu gələrək cəzaçəkmə müəssisələrinə göndərmək məqsədi ilə 1000 manat pul tələb etdiyi üçün Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Yanvarın 16-da A.Məhərrəmov küçəsində yerləşən mağazada Bakı şəhər sakini Rəna Hacıyevanın içərisində 1 ədəd qızıl üzük olan əl çantası oğurlanmışdır. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nərminə Abbasova tutulub.
Yanvarın 17-də Qaradağ rayonu Lökbatan-Qızıldaş yolunun 8-ci km-də Göygöl rayon sakini 1985-ci il təvəllüdlü Adil Həsənov idarə etdiyi «Hovo» markalı avtomobillə Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Novruz Əmiraslanovu vurmuş, o aldığı xəsarətdən hadisə yerində ölüb.
Yanvarın 15-də Ə.Əhmədov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Xoşavaz Mənəfovanın boğaz nahiyyəsindən kəsilərək qətlə yetirmiş meyiti yaşadığı evdə aşkar edilmişdir. BPİ CAİ, Yasamal RPİ CAŞ və 29-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov tutulub.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Şakir Şadmanovdan 1 kiloqramdan artıq tiryək götürülüb.
Son xəbərlər
Son Xəbərlər