“Renault” və “Nissan” şirkətlərinin eks-rəhbəri Karlos Qonun 1 milyard yen (9 milyon dollar) müqabilində zaminə buraxıldığı məlum olub. “Qafqazinfo”nun “Röyters”ə istinadən xəbərinə görə, o bu pul qarşılığında 100 gündən çox həbs həyatından sonra azadlığa çıxıb.
Xatırladaq ki, 64 yaşlı Karlos Qon 80 milyon dollardan çox maliyyə gəlirini gizlətməkdə şübhəli bilindiyi üçün ötən ilin noyabrında könüllü olaraq Tokio prokurorluğuna gedərək təslim olmuşdu.
Son xəbərlər
Son Xəbərlər