1 milyona avtomobil alan Çağatay tanınmaz halda - Fotolar

1-milyona-avtomobil-alan-cagatay-taninmaz-halda
Oxunma sayı: 2998

“Netflix”də yayımlanan “Hakan: Muhafız” serialından hər bölümə görə 30 min lirə qonorar alan aktyor Çağatay Ulusoy Etilərdə görüntülənib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, qazancını daşınmaz əmlaka yatıran aktyor bu dəfə özünə 1 milyonluq avtomobil alıb. Jurnalistləri görən Çağatay yeni avtomobilini deyil, köhnə maşınını istifadə edib.

Ulusoy onu tanınmaz hala salan yeni imici ilə bağlı “Bu yaxınlarda Amerikaya gedəcəyəm. Fərqli layihələrim olacaq” deyib.