1 milyondon çox azərbaycanlı Gürcüstana gedib - 2015-ci ilin statistikası

1-milyondon-cox-azerbaycanli-gurcustana-gedib
Oxunma sayı: 1433

2015-ci il ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, ötən il Gürcüstana gələnlərin sayı 5 milyon 897 min 685 nəfər olub ki, bu da daha əvvəlki illə müqayisədə 6,9% çoxdur. Bu siyahıya Gürcüstana gələn və 24 saat müddətində qalan vətəndaşlar daxil edilib.

Azərbaycandan Gürcüstana 1 milyon 392 min insan səfər edib ki, bu da 2014-cü illə müqayisədə 8,5% çoxdur.

Ümumilikdə, siyahıya Ermənistan liderlik edir. Belə ki, ötən il bu ölkədən Gürcüstana 1 milyon 460 min şəxs səfər edib ki, bu da daha əvvəlki illə müqayisədə 10,7% çoxdur.

Türkiyədən Gürcüstana 1 milyon 391 min nəfər səfər edib ki, bu da 2014-cü illə müqayisədə 3,5% azdır.