1 saylı Körpələr- Uşaq Evində bayram tədbiri keçirilib

1-sayli-korpeler-usaq-evinde-bayram-tedbiri-kecirilib
Oxunma sayı: 1887

 

Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində  bayram tədbiri keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, Nəsimi rayonu ərazisində yerləşən Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr- Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün  hər cür şərait yaradılıb. 

Tədbirdə uşaqlara hədiyyələr təqdim edilib, Şaxta baba və Qar qız  burada yaşayan uşaqları əyləndirib və birlikdə maraqlı oyunlar keçiriblər.

Tədbirdə  iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və körpələr evinin kollektivi Birinci vitse-prezident,    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.