“Qafqazinfo” xəbər verir ki, Həştərxan vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev, Ümumrusiya Azərbaycanlı Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Həştərxan şəhər rəsmilərinin, Həştərxandakı Azərbaycan diasporası nümayəndələrinin, məktəbin müəllim-şagird kollektivi və valideynlərin qatıldığı tədbirdə şagirdlərin ifasında bədii kompozisiya nümayiş etdirilib. H. Əliyevin adını daşıyan 11 saylı məktəbdə yeni tədris ilinin ilk dərsləri dahi rəhbərin mənalı ömür yolu və fəaliyyətinə həsr olunmuş, şagirdlərə onun həyat və fəaliyyəti barədə geniş məlumat verilərək, maraqlı videoçarx, eksponatlar, foto və kitablar nümayiş etdirilib. Dərslərdə həmçinin Azərbaycan nümayəndə heyəti iştirak edib və şagirdlərə Heydər Əliyev Fondunun adından hədiyyələr təqdim olunub.
Qeyd edək ki, yeni tədris ili ərəfəsində sözügedən məktəbdə Azərbaycan tərəfindən cari təmir işləri aparılıb, ətraf ərazi abadlaşdırılıb, məktəbin tədris prosesinə hazırlıq vəziyyəti yoxlanılıb.
Eyni zamanda, Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən orijinal layihə əsasında və müasir memarlıq üslubunda yeni uşaq bağçasının inşası yekunlaşmaq üzrədir, hal-hazırda son tamamlama işləri aparılır və cari ilin sentyabr ayının sonunda açılışı planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər