Sabah Bakının bəzi hissələrində içməli suyun verilişində fasilə olacaq.
“Qafqazinfo” xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, Maştağa anbar kompleksindən Ramana anbar kompleksinə qədər çəkilmiş yeni magistral su kəmərinin (1020 mm diametrli) sistemə qoşulma işləri ilə əlaqədar bu gecədən etibarən 24 saat müddətində Ramana Südçülük Şuşa məcburi köşkün şəhərciyinə, Zabrat qəsəbəsinin şərq hissəsinə, Sovxozu adlanan əraziyə, Samir Əliyev küçəsinə (Aeroport yolunun sağ və sol hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Son xəbərlər
Son Xəbərlər