1 yaşlı uşağın üstünə qaynar su töküldü

1-yasli-usagin-ustune-qaynar-su-tokuldu
Oxunma sayı: 1166

Tovuzda 1 yaşlı uşağın üzərinə qaynar su tökülüb.

“Qafqazinfo” ARB-yə istinadən xəbər verir ki, Bozalqanlı kənd sakini, 1 yaşlı Tunar Hacıyev xəstəxanaya çatdırılıb. Həkimlər azyaşlıya bədənin 25 faizinin ikinci dərəcəli yanığı diaqnozu təyin edib.

Vəziyyətinin ağır olduğu bildirilir.