1 yaşlı uşağın üstünə qaynar su töküldü

1-yasli-usagin-ustune-qaynar-su-tokuldu
Oxunma sayı: 982

Bərdədə 1 yaşlı körpə qaynar sudan yanıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Tumaslı kənd sakini, 2018-ci il təvəllüdlü Hacıyev Mehman Salman oğlunun üstünə yaşadığı evdə ehtiyatsızlıqdan qaynar su tökülüb. Körpə yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.

Tural Hüseynli