Sabirabadda 1 yaşlı uşaq su gölməçəsinə düşüb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndində baş verib.
Baxımsız qalan 2016-cı il təvəllüdlü Mehdiyev Elton Elçin oğlu üzü üstə su gölməçəsinə yıxılıb. Uşaq boğulma-asfeksiya diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər