10 000 məmurun diplomu saxta çıxdı - İşdən qovuldular

10-000-memurun-diplomu-saxta-cixdi
Oxunma sayı: 756

Tanzaniya prezidenti Con Maqufuli  diplomlarının saxta olduğu müəyyənləşdirilən 10 000-dək məmuru  vəzifəsindən uzaqlaşdırıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Con Maqufuli  2015-ci ildə başlanmış araşdırmanın yekun hesabatı ilə tanış olduqdan sonra 9 932 məmurun dərhal istefaya getməsini tələb edib.  
 
Prezident istefaya göndərilən məmurların qısa zamanda ixtisaslaşdırılmış mütəxəssislərlə əvəzlənəcəyini qeyd edək, KİV-lərdən dövlət qulluğundan uzaqlaşdırılan şəxslərin siyahısını yaymağı xahiş edib.
 
Con Maqufuli 2015-ci ilin noyabrında prezident seçildikdən dərhal sonra korrupsiya və dələduzluqla mübarizəyə yönələn  “şok terapiyası” siyasətinin icrasına başlayıb.