10-cu siniflərdə monitorinq imtahanı

10-cu-siniflerde-monitorinq-imtahani
Oxunma sayı: 1583

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün  Respublikanın 39 şəhər və rayonunda  ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib. Mərkəzdən “Qafqazinfo”ya daxil olan məlumata görə, monitorinq imtahanı  170 məktəbdə təşkil olunub. 

İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılıb. 

Qeyd edək ki, DİM tərəfindən regionlarda keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib.