10-cu siniflərin sınaq imtahanı olacaq

10-cu-siniflerin-sinaq-imtahani-olacaq
Oxunma sayı: 1190

Yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək.

DİM-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, mayın 6-da baş tutacaq imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 24 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 11827 şagird qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq. İmtahan zamanı şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır.

İmtahan binalarına buraxılış yalnız şagirdlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında olacaq.