“Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. Komitə sədri bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edib.
Ayrılan maliyyə yardımının müvafiq icmalar tərəfindən yerlərdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə, eləcə də dini radikalizmlə mübarizə istiqamətində sərf edilməli olduğunu vurğulayan M.Qurbanlı icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib.
Dövlət Komitəsinin sədri dini icma nümayəndələrinə həyata keçirəcəkləri layihələrə daha çox gəncləri cəlb etmələrini tövsiyə edib. Milli-mənəvi dəyərlərimiz olduğu kimi gənclərə çatdırılmalıdır ki, bu işdə də dini icma rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür.
Son xəbərlər
Son Xəbərlər