Oğurluqda şübhəli bilinən paytaxt sakini tutulub. “Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 10 nəfərə məxsus evlərdən məişət əşyaları, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Abdullayev tutulub.
Daha bir əməliyyat tədbiri isə Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən həyata keçirilib. İyulun 17-də oğurluq etdiyinə görə tutulmuş İlkin Paşayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 nəfərə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər