10 general da həbs edildi

10-general-da-hebs-edildi
Oxunma sayı: 1774

Türkiyədə hərbi çevrilişə cəhddən sonra həbslər davam edir.

Qafqazinfo” xəbər verir ki, çevriliş təşəbbüsünə görə daha 10 general həbs edilib. Saxlanılanlar arasında Hava Texniki Məktəbləri Komandiri general-mayor Əhməd Cural, Nəqliyyat Personal və Təhsil Komandiri general-mayor Mustafa İltər, İstehkam Məktəbi və Təhsil Mərkəzi komandanı general-leytenant Osman Nadir Saylan, Egey Dəniz Bölgə Komandiri kontradmiral Süleyman Manka və Amfibiya Məktəblər komandanı kontradmiral Ərdal Ərgin də var.

Bildirilir ki, əməliyyatlar zamanı Egey Dənizi Ordusu Komandanlığı Qərargahının rəis müavini general-mayor Hakan Əsər, Hava Təhsil Komandanlığı qərargahının rəisi general-mayor Veyis Savaş və Gaziemir Hava Sinif Məktəbləri komandiri general-mayor Ersal Ölməz də ədliyyəyə cəlb edilib.

Aysel Kərimova