10 gün sonra efirə qayıtdılar

10-gun-sonra-efire-qayitdilar
Oxunma sayı: 766

Sevil və Sevinc Səfərovalar efirə qayıdıb.

“Qafqazinfo”nun məlumatına görə, bir müddətdir ki, verilişdən uzaqlaşan bacılar bu gündən etibarən tamaşaçıların qarşısına çıxıblar. 

Onlar 10 gündən sonra rəsmi instaqram səhifələrində foto paylaşıblar və “Gününüz uğurlu olsun, İnşallah. Hər şey üçün sonsuz təşəkkürlər. Yaxşı ki, varsınız. Dualarınız, bizi tək qoymadığınız üçün minnətdarıq” deyə şərh bildiriblər. 

Xatırladaq ki, əkizlər aprelin 5-də 87 yaşlı piyadanı vurmuşdular. Onlar televiziya rəhbərliyindən icazə alaraq bir müddət efirə çıxmırdılar. 

Sevil və Sevici efirdə aparıcı Fira Cəlilova əvəzləyirdi.