“10 gündən çoxdur ki, anamı bağrıma basa bilmirəm” - Video

10-gunden-coxdur-ki-anami-bagrima-basa-bilmirem
Oxunma sayı: 2827

“10 gündən çoxdur ki, anamı bağrıma basa bilmirəm. Elə bilirsiz ki, bu, asandır? Biz anamızı sevmirik? Ən böyük enerji mənbəyim odur, amma yanına gedə bilmirəm. Ürəyimə daş basaraq evdə otururam. Anamı təhlükəyə atmaq istəmirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” proqramında deyib. O, ictimaiyyətə müraciət edərək koronavirus epidemiyasından qorunmaq üçün hamıdan evdə qalmalarını istəyib:

“Çünki mən işə gəlirəm. Buradan da evə gedəcəm. Biz işləməliyik ki, siz evdə olasız. Buradan demək istəyirəm ki, ana, mən səni çox sevirəm.  Bu, anlaşılandır. Nə qədər sevsəniz də doğmalarınızı təhlükəyə atmayın. Ciddi məsələdir, evinizdə oturun. Vecsiz, əhlikef olmayaq, “boş ver getsin” deməyək. Belə olmaqla ətrafımızı, xalqımızı təhlükəyə atırıq. Burada deyilən qaydalara əməl etməkdən söhbət gedir. Rica edirəm, yalvarıram, evdə qalın. Məsələ bizim düşündüyümüz qədər bəsit, mənasız deyil, çox ciddidir”.