10 günə Türkiyəyə 1000-dən çox xəstə gəldi

10-gune-turkiyeye-1000-den-cox-xeste-geldi
Oxunma sayı: 2093

Qadağaların yumşaldılmasından sonra Türkiyəyə xarici ölkələrdən gələn xəstələrin sayı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. 

O qeyd edib ki, son 10 gün ərzində xaricdən Türkiyəyə 1000-dən yuxarı xəstə müalicə məqsədilə gəlib.

Qeyd edək ki, Türkiyə mayın 20-dən 31 xarici ölkəylə səhiyyə turizmini elan etdiyini açıqlayıb. Türkiyədə müalicə olunmaq istəyən xarici vətəndaşlar üçün çarter reysləri təşkil olunur.