10 il əvvəl qardaşını öldürən kişini güllələdi

10-il-evvel-qardasini-olduren-kisini-gulleledi
Oxunma sayı: 4390

Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbə sakini, 1985- ci il təvəllüdlü Qamət Teymurov odlu silahla vurulub.

“Qafqazinfo”nun məlumatına görə, şəxsin vurulması ilə bağlı ötən gün Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma nəticəsində onu odlu silahla vuran şəxsin Şağan qəsəbə sakini, 1995- ci il təvəllüdlü Sultanzadə Rəhman Azad oğlu olduğu müəyyənləşib.

Belə ki, ötən gün günorta saat 15:00 radələrində S. Rəhman Q. Teymurovun yaşadığı evə gələrək ov silahıyla ona dörd dəfə atəş açıb. S. Rəhman hadisəni qisas zəminində törətdiyini bəyan edib. Bildirib ki, 2010-cu ildə Q. Teymurov onun qardaşı Afər Sultanovu qətlə yetirib.

Faktla əlaqədar istintaq-əməliyyat qrupu yaradılaraq hadisə yerinə Xəzər RPİ-nin KTQ-nin ekspert kriminalistlərinin iştirakıyla rayon prokurorluğu tərəfindən baxış keçirilib. R. Sultanzadə polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılıb. Bu zaman o, törətdiyi cinayəti etiraf edib və ov silahını təhvil verib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən CM-nin 29, 120.1-ci maddəsiylə cinayət işi başlanıb.