10 il sonra ilk dəfə “Nokia”nın rəhbəri dəyişir

10-il-sonra-ilk-defe-nokianin-rehberi-deyisir
Oxunma sayı: 2033

“Nokia” şirkətinin prezidenti və baş icraçı direktoru Raciva Suri uzunmüddətli fəaliyyətindən sonra vəzifəsindən gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

“ “Nokia”da 25 illik fəaliyyətimdən sonra artıq başqa işlə məşğul olmaq istəyirəm”, - deyə Suri qeyd edib.

Qeyd edək ki, Suri 2009-cu ildən “Nokia Solutions” və “Networks”un baş direktorudur. Onun yerinə “Fortum” energetik şirkətinin əvvəlki prezidenti və baş direktoru Pekka Lundmark gələcək. Lundmark “Nokia”da rəsmi şəkildə sentyabrın 1-dən işləməyə başlayacaq.