10 illik evlilik 10 dəqiqədə bitdi

10-illik-evlilik-10-deqiqede-bitdi
Oxunma sayı: 2803

Türkiyənin tanınmış modeli Tuğba Özay italyan əri Ludovic Fattizzo ilə razılaşma yolu ilə boşanıb. “Qafqazinfo” xəbər verir ki, cütlük İstanbul 12-ci Ailə Məhkəməsində münasibətlərinə rəsmi şəkildə son qoyub.

Məhkəmə prosesində hər iki şəxs iştirak edib, iclas 10 dəqiqə davam edib.  

Məkandan çıxan Tuğba mövzu barədə KİV nümayəndələrinin suallarını cavablandırıb: “Bəli, boşandıq. 10 il sonra ayrıldıq, həyatdır. Onu hər zaman sevgi və hörmətlə anacağam. Mənim üçün dəyərli bir insandır. Bizim tək problemimiz iki ölkə arasında yaşamaqdır. Artıq hər kəs həyatına öz yolunda davam edəcək”.