10 kiloqram narkotiklə tutuldu

10-kiloqram-narkotikle-tutuldu
Oxunma sayı: 1168

Ağcabədi sakini narkotiklə tutulub. 

“Qafqazinfo” xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan heroin, yaşadığı evdən 10,5 kiloqram marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.