10 manat xərcləyin və qocalmayın

10-manat-xercleyin-ve-qocalmayin
Oxunma sayı: 2257


“Qafqazinfo” modern.az-a istinadən müdriklərin məsləhətini diqqətiniziə çatdırır.

Bunun üçün əvvəlcə dükan-bazarı yaxşıca gəzib keyfiyyətinə əmin olduğunuz bal, zeytun yağı və limon almaq lazımdır. Aldıqlarınızın keyfiyyətli olması vacib şərtdir.

200 qram balı, 100 qram təzə çəkilmiş limon şirəsini və 50 qram zeytun yağını qarışdırmaqla bu möcüzəvi cövhəri vaxt itirmədən və çox asanlıqla hazırlamış olacaqsınız.

Hazır cövhəri səhərlər acqarnına bir çay qaşığı içmək kifayətdir. Kurs fərdi seçilə bilər. Daha yaxşısı isə yaz və payız fəslində kursu bir ay davam etdirməkdir.

Neçə onilliklər boyu sınaqdan çıxmış bu cövhərdən istifadə edərkən elə ilk günlərdən onun müsbət təsirini hiss edəcəksiniz. O sizin immunitetinizi gücləndirəcək, qaraciyər və damarlarınızı təmizləyəcək, mədə bağırsaq sisteminin normal fəaliyyətini təmin edəcək, itirilmiş enerjiniz bərpa olunacaq, dərinizin rəngi açılacaq, vaxtsız düşən qırışlardan sizi xilas edəcək və ən başlıcası isə özünüzü gümrah hiss edəcəksiniz.

Şərqin bu möcüzəvi cövhərinin faydalarına şübhəniz varsa onu sınaqdan keçirin. Hər halda sağlamlıq və qocalığı təxirə salmaq naminə 10 manatdan keçməyə dəyər.

Cövhərdən istifadə etmək qərarına gəldikdə həkiminizlə məsləhətləşməyi də unutmayın.