“Bu gün tarixi şəxsiyyət, Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin doğum günüdür. Tarix hər zaman böyük şəxsiyyətlərin xalqı qarşısında fəaliyyətinin qiymətləndirilməsində əlçatmaz istinadlara söykənir. Bu baxımdan Heydər Əliyevin bizə əmanət etdiyi Azərbaycan istisnasız olaraq dünyaya nümunə olacaq, daim yeniləşən hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkələr sırasındadır”.
“Qafqazinfo” bildirir ki, bu fikirləri Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynli deyib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dünyada sabitlik mərkəzi kimi, eyni zamanda iqtisadi və sosial rifah yolunda qətiyyət göstərən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib. Məhz bu baxımdan Azərbaycan yaxın illərdə dünyaya ən müasir və inkişaf etmiş dövlət olaraq nümunə göstəriləcək. Necə ki, bu gün göstərilir.
“10 may tarixi bu üzdən bizim üçün əsrə bərabər gündür, biz bu günü xalqımızın tarixindəki rolunu bilirik və gələcək nəsillərdə bu günün tariximizə bəxş etdiyi xilaskarın doğum günü kimi daima xatırlayacaq, qiymətləndirəcək”- deyə G.Hüseynli vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər