10 metrdən hədəfə düşə bilmədi - Ruslan “Paris-2024”də 24-cü oldu

10-metrden-hedefe-duse-bilmedi
Oxunma sayı: 3224

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

“Qafqazinfo” xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.

Lunyov 33 iştirakçı arasında 24-cü olub və final mərhələsinə yüksələ bilməyib.

İdmançı 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.