Türkiyənin “bursa.com” saytı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki haqqında maraqlı məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, yazıda xorvatiyalı çalışdırıcının AFFA rəhbərliyinə etiraz edərək yığmamızdan getmək istədiyi bildirilir.
O, “10 milyon versəniz də, millidə qalmayacağam”, - deyərək “Bursaspor”a keçməkdə israrlı olduğunu deyib: “Mən “Bursaspor”a getmək istəyirəm. 10 milyon avro versəniz də, qalmayacağam. Məni burada zorla tuta bilməzsiniz. Ailəm də Bakıda qalmaq istəmir”.
Saatlarla sürən söhbətdən sonra AFFA rəhbərliyi Prosineçkinin istəyini qəbul etməyib. Ona yalnız cari ilin sonunda, müqaviləsi bitdikdən sonra gedə biləcəyi söylənilib.
“Bursaspor” prezidenti Ali Ay da Prosineçkidən müsbət cavab ala bilmədiklərini deyib: “Saat 15:00-a qədər vaxt verdik. Ancaq müsbət cavab gəlmədi. Biz də artıq başqa məşqçi axtarırıq. Əlimizdə başqa məşqçilər var”.
Son xəbərlər
Son Xəbərlər