10 milyonluq avtomobil - Fotolar

10-milyonluq-avtomobil
Oxunma sayı: 884

Lüks avtomobil istehsalçıları arasında ən mötəbər statusdakı markalardan biri olan Rolls-Royce, yeni istehsal etdiyi Sweptail modeli ilə Bugatti, Ferrari və s. lüks avtomobil istehsalçılarının avtomobillərini "ucuz" qoymağı hədəfləyir.

“Qafqazinfo” "Marja"ya istinadən xəbər verir ki, "Sweptail" sırf əl işidir və 1930-cu illərin "Rolls-Royce" avtomobillərinin üslubuna xas dizayn edilib.
 
Söylənənlərə görə, yeni avtomobilin dəyəri 10 milyon avrodur. Bununla da, "Rolls-Royce Sweptail" dünyanın ən bahalı avtomobili hesab edilə bilər.
 
Avtomobilin qiymətinin həqiqətən də belə olub-olmadığına dair suala cavab verən şirkətin İcraçı Direktoru Torsten Müller-Ötvös "avtomobil olduqca bahalıdır. Hətta, yəqin ki, indiyə qədər istehsal edilmiş ən bahalı avtomobildir" açıqlamasını verib.