10 milyonuncu sakinə görə bu gün atəşfəşanlıq və konsert olacaq

10-milyonuncu-sakine-gore-bu-gun-atesfesanliq-ve-konsert-olacaq
Oxunma sayı: 6557

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə bu gün Bakıda bir sıra tədbirlər keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, paytaxtın bütün rayonlarında ağacəkmə aksiyası, saat 17:00-da Bakı bulvarında konsert proqramı, saat 18:00-da Xəzər rayonu Heydər Əliyev parkında fləşmob keçiriləcək. 

Axşam saat 21:00-da isə saat qülləsi yanında böyük atəşfəşanlıq olacaq.