10 min bilet satışa çıxacaq - “Eurovision”a hazırlıq

10-min-bilet-satisa-cixacaq
Oxunma sayı: 1296

“Eurovision-2016” mahnı müsabiqəsinin biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 10 min bilet fevralın 29-dan etibarən satışa çıxarılacaq.

Biletlər 9 şou üçün ( iki yarımfinal, final, münsif şousu və əsas məşqlər) nəzərdə tutulub.

Xatırladaq ki, Stokholmun “Global Arena”sında keçiriləcək şounun 1-ci yarımfinalı mayın 10-u, ikinci yarımfinalı isə mayın 12-də baş tutacaq. Musiqi festivalının finalı 14 may tarixində yayımlanacaq.

Qeyd edək ki, ötən il Avstriyada keçirilən "Eurovision" müsabiqəsinin qalibi "Heroes" (“Qəhrəmanlar”) mahnısı ilə isveçli ifaçı Mons Zalmerlev olub.