“10 min qardaş əl ələ”- - Fotolar

10-min-qardas-el-ele-
Oxunma sayı: 1499


Eskişəhər  2013 Türk  Dünyası  Kültür Başkenti tədbirləri şərçivəsində İstanbulda  Türk dünyasından olan minlərlə gəncin iştirakı ilə keçirilən Türk Dünyası Gənçlik Buluşması "10 min Qardaş Əl Ələ" programında Türkiyənin təhsil naziri Nabi Avçı,  Balkan ölkələrindən gələn çoxlu sayda nazir və millət vəkilləri ilə bərabər Azərbaycandan millət vəkili Qənirə Paşayeva da iştirak edib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycandan da  təxminən 200 gəncin iştirak etdiyi tədbirdə məqsəd Türk Dünyası gəncləri arasında birlik və bərabərliyi daha da gücləndirmək məqsədi daşıyır.  Tədbirdə çıxışlarla bərabər Türk dünyasının müxtəlif bölgələrindən gələn sənətçilər o cümlədən  Azərbaycanının Əməkdar Artisti Azərin çıxış ediblər. Tədbirin sonunda Türkiyənin təhsil naziri Nabi Avçı və Azərbaycanın millət vəkili Qənirə Paşayeva azərbaycanlı gənclərlə görüşüblər və Türk gəncliyinin birlik və bərabərliyini gücləndirən bu cür tədbirlərin əhəmiyyəti və gənclərin bu imkanlardan yararlanaraq biri-birini daha yaxından tanımaları, ortaq tarix, ədəbiyyatımızı öyrənmələrinin vacibliyi vurğulanıb.  Nabi Avçı və Qənirə Paşayeva Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə əməkdaşlığı xüsusi vurğulayaraq onun daha da inkişafında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər.  Millət vəkili Qənirə Paşayeva tədbir çərçivəsində həmçinin Balkan ölkələrindən gəlmiş bəzi nazir və millət vəkilləri, həmçinin Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkilləri və gənclərlə görüşərək  fikir mübadiləsi aparılıb və millət vəkili onları Azərbaycana dəvət edib.