10 “Starlink” terminalı Kiyevə gəldi

10-starlink-terminali-kiyeve-geldi
Oxunma sayı: 7705

Kiyev İlon Maskın “SpaceX” şirkətindən Kiyevi genişzolaqlı peyk internetlə təmin etmək üçün 12 “Starlink” terminalı alıb. Onlardan 10-u Kliçko qardaşlarının sayəsində paytaxta gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb.

“”Starlink” qlobal peyk sisteminin cihazları artıq Kiyevdədir. 2 ədəd Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən təmin edilib. Vladimir və mən təxminən 10 beynəlxalq tərəfdaş və dostlarımızla razılaşdıq", - Vitali Kliçko bildirib.

Vitali Kliçko Starlink cihazlarının görüntüsünü paylaşıb və onların paytaxtın müdafiəsini gücləndirməyə necə kömək edəcəyini deyib:

““Statlink” şəhərin mühüm infrastrukturunun fəaliyyətini və paytaxtın müdafiəsini təmin etmək üçün çalışacaq”.