10 yaşlı qızı öldürən şəxs tutulub

10-yasli-qizi-olduren-sexs-tutulub
Oxunma sayı: 1401


Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 9-da saat 13 radələrində rayonun Rəsulzadə qəsəbəsi ərazisində “Kamaz” markalı 28-BA-505 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vsuhi Qəhrəman oğlu yolu keçən piyadalar - Mikayılov Hüseyn Vaqif oğlunu və Feyzullayeva Zivər Vüqar qızını vurub.

Nəticədə 10 yaşlı Zivər Feyzullayeva hadisə yerində ölüb, 9 yaşlı H.Mikayılov isə xəsarət alıb.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən V.Cəfərov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd