Gəncədə 10 yaşlı oğlan ölüb.
"Qafqazinfo"nun xəbərinə görə, şəhərin "Yeni qəsəbə" adlanan ərazisində yaşayan 2012-ci il təvəllüdlü uşağın səhhəti qəfil pisləşib. Təcili yardımla xəstəxanaya çatdırılan azyaşlının artıq öldüyü məlum olub.
Uşağın hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
10 yaşlı oğlanın ölüm səbəbi məlum olub. Uşağın valideynləri bildirib ki, övladları-2012-ci il təvəllüdlü Əli Əlizadə qıcolmadan dünyasın dəyişib. Onun anadangəlmə epilepsiya xəstəsi olduğu bildirilir.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər