10 yaşlı uşaq xəstəxanada öldü

10-yasli-usaq-xestexanada-oldu
Oxunma sayı: 5342

Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, Qazax rayon Daşsalahlı kənd sakini 10 yaşlı İsrail Mehdiyev müalicə aldığı Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, azyaşlı 2 gün əvvəl aqonal (canvermə) vəziyyətdə tibb müəssisəsinə gətirilib. Tibbi yardımlara baxmayaraq, 10 yaşlı uşaq bu gün səhər saatlarında vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. Uşağın ölüm səbəbi hələ ki, açıqlanmır. 

Elmar Əli