10 yolda tıxac var - Diqqət!

10-yolda-tixac-var
Oxunma sayı: 1036

Bakının bir sıra yollarında tıxac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət belədir:

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

10. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.