100-dək məhbus həbsdən qaçdı

100-dek-mehbus-hebsden-qacdi
Oxunma sayı: 2899

Braziliyiada 100-dək məhbus həbsxanadan qaçıb.

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, ölkənin şərqindəki türmədən qaçan məhbuslardan 2-si polislə silahlı atışmada öldürülüb.

Dustaqlar Resifi şəhərindəki həbsxananın divarını partladaraq qaçmağa müvəffəq olublar. Polis yalnız 40 nəfəri tuta bilib.

Bu hadisədən üç gün əvvəl Resifi şəhərinin yaxınlığında yerləşən bir başqa həbsxanadan 53 məhbus qaçmışdı.