Adıyaman vilayətində çox sayda insanın həyatını itirdiyi binaların podratçısı Yasin Akbaş həbs edilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, şübhəli haqda Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılıb.
3 obyektin podratçısı olan Yasin Akbaş İstanbulda tutularaq saxlanılıb.
Adıyaman Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmada nəzarətə alınan şübhəli, gətirildiyi məhkəmə tərəfindən tutularaq təcridxanaya təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər