100-dən çox vətəndaşı özəl təyyarəsi ilə Türkiyəyə gətirəcək

100-den-cox-vetendasi-ozel-teyyaresi-ile-turkiyeye-getirecek
Oxunma sayı: 3554

“Survivor” çəkilişləri üçün Dominikan Respublikasında olan aparıcı Acun Ilıcalı bölgədə karantində qalan 100-dən çox Türkiyə vətəndaşı üçün özəl təyyarəsini ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, CNN-də yayımlanan “Tərəfsiz bölgə” proqramına virtual qonaq olarkən deyib.

Efirə görüntülü bağlanan Acun vətəndaşları Türkiyəyə gətirmək üçün Xarici İşlər Nazirliyindən icazə aldığını bildirib:

“Dominikanda ən böyük problem odur ki, vətəndaşlarımız Türkiyəyə qayıda bilmir. Karip adalarında çalışan dostlarımız karantindədirlər.  Müxtəlif adalarda 100-dən çox vətəndaşımız var. Türkiyə Xarici İşlər Nazirliyinə müraciət etdik. Mənə güvəndilər, buna görə təşəkkür edirəm”.