ARB TV-nin “Pəncərə” proqramının budəfəki qonağı məşhur aparıcı Hacı Nuran Hüseynov olub.“Qafqazinfo” xəbər verir ki, proqramda siqaretin zərərlərindən danışan aparıcı bildirib ki, heç vaxt pis vərdişlərə meyilli olmayıb:
“8 nömrəli məktəbdə oxumuşam. Şəhər uşaqları olmuşuq. Siqaretə meyillilik var idi. 6-cı sinifdən başlayaraq sinif yoldaşlarım hamısı siqaret çəkirdi. Bu, mənim üçün dəhşətli bir şey idi. Uşaqlar mənə yalvarırdı ki, sən də dadına bax. 100 dollar təklif edildi ki, 1 dəfə dadını bil. Dedim ki, heç vaxt siqaret və içkinin dadını bilməyəcəm. Xəstəlik keçirdikdən sonra həkim dedi ki, yaxşı ki, siqaretdən istifadə etməmisən. Tez sağalmağın üçün şans olacaq”.
Son xəbərlər
Son Xəbərlər