Fevralın 1-də saat 23 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gələn sürücü soyğunçuluq edib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsü oradakı operatoru aldadaraq 90 manatını alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
“Subaru” markalı avtomobilin sürücüsü, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş R.Quliyev və sərnişini İ.Həsənovun avtomobilə 10 manat dəyərində yanacaq doldurub xırda pullarının olmamasını əsas gətirərək 100 manat verəcəyini bildirməklə operatordan soyğunçuluq yolu ilə 90 manat alaraq hadisə yerini tərk etmələri müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən R.Quliyev və İ.Həsənov saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər